Birləşmə üzrə arbitraj

Merger arbitrage Risksiz mənfəət yaratmaq üçün iki birləşən şirkətin səhmlərinin eyni vaxtda alınması və satılması əməliyyatlarını əhatə edən hedc fond strategiyası.
Birləşmə
Birləşmə və udulma
OBASTAN VİKİ
Arbitraj
Arbitraj (maliyyə)
Arbitraj (dəqiqləşdirmə)
Arbitraj (maliyyə)
Arbitraj (hüquq)
Arbitraj (en. Arbitration, ru. Арбитражный суд) — qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Mediasiya The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Arbitraj (maliyyə)
Arbitraj — Qiymət fərqinə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılması əməliyyatı. Eyni qiymətli kağızlar müxtəlif birjalarda eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birjaya nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı olması nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.
Arbitraj komitəsi
Arbitraj (en. Arbitration, ru. Арбитражный суд) — qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Mediasiya The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Arbitraj sövdələşməsi
Beynəlxalq arbitraj
Beynəlxalq arbitraj— Arbitraj mübahisələrin həlli üçün milli məhkəmələrin yurisdiksiyasına alternativ bir metoddur və yalnız qanunla icazə verilmiş mübahisələrin həllini tərəflərin müəyyən etdiyi bir və ya daha çox müstəqil üçücü tərəfə — arbitra verir. Beynəlxalq arbitraj iki dövlət arasında, ya da bir dövlətlə beynəlxalq bir təşkilat arasında, ya da xüsusi bir şəxs və ya özəl qurum ilə dövlət arasında, ya da xüsusi bir qurum və ya fərqli millətlərdən olan insanlar arasındakı arbitraj deməkdir. == Tarixi == Dövlət sferasında beynəlxalq arbitrajın tarixi Jay sazişinə əsaslanır. 1794-cü ildə Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları arasındakı bu müqavilə 1872-ci ildə Alabama müqaviləsi üçün bir model rolunu oynadı. Bu müqavilə imzalandıqdan sonra beynəlxalq müqavilələrdə arbitraj maddəsi istifadə edilməyə başlandı. Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il New York Konvensiyası arbitraj qərarlarının tanınmamasına səbəb ola biləcək vəziyyətə aydınlıq gətirilməsi baxımından bu sahədə əhəmiyyətli yer tutur. == Üstünlükləri == Tərəflər arbitrajın yerini, mübahisəyə dair qərar verəcək hakimləri, qərarın dilini və bu məhkəmədə tətbiq ediləcək prosedur qaydalarını seçmək hüququna malikdirlər. Məhkəmə hakimiyyətinin yanında arbitraj təşkilatının mövcudluğunun səbəbləri; dövlət məhkəmə sistemindəki yüklərin azaldılması; beynəlxalq münasibətlərdə milli məhkəmələrin qərəzsizliyi ilə əlaqəli haqlı narahatlıqlar, ticari münasibətlərdə iştirak edən tərəflər üçün bu münasibətlərdən irəli gələn sabitliyi və inamın təmin edilməsi; mübahisənin mövzunu yaxşı bilən mütəxəssislər tərəfindən həll edilməsinin məqsədəuyğunluğu, dövlət məhkəməsi ilə müqayisədə daha sürətli və daha qənaətli bir şəkildə bir həll yolu tapılması. Arbitraj razılaşması tərəflər arasında mövcud hüquqi münasibətlərdən yaranan və ya yarana biləcək mübahisələrin hamısını və ya bəzilərini arbitraj yolu ilə həll etməyə dair bir razılaşmadır.
Birləşmə (film)
Birləşmə (ing. Splice) Amerika istehsalı olan, elmi fantastika janrında çəkilmiş qorxu filmi. == Məzmun == Klayv və Elsa dünyaca məşhur iki alimdir. Onlar əsasən fərqli canlıların DNT-lərini birləşdirərək hibrid varlıqlar yaratmaqla məşğuldurlar. Bu alimlər artıq daha fərqli bir yenilik etmək istəyirlər — insan DNT-sini kopyalamaq. Lakin bu işə pul qoyanlar insan DNT-sinin qarışdırılmağına qarşı çıxırlar. Buna baxmayaraq, Klayv və Elsa öz layihələrini gizli davam etdirirlər və nəticədə Dren yaranır. Dren normal insanlardan daha tez böyüyür və bir neçə aya yetişgin insan olur. Klayv və Elsa insan və heyvan hibridi olan Dreni ətrafdan gizlətməyə çalışırlar. Vaxt keçdikcə Dren ilə Klayv və Elsa arasında artıq bir bağlılıq yaranır.
Birləşmə Tağı
Birləşmə Tağı (rəsmi Milli Birləşmə naminə üç nöqtə fərmanı abidəsi) — abidə Şimali Koreyanın paytaxtı Pxenyan şəhərinin cənubunda yerləşir. Abidə 2001-ci ilin avqust ayında Kim İr Senin Koreyanın birləşməsi ilə bağlı təkliflərini anmaq məqsədiylə inşa edilmişdir. Tağ Pxenyandan Koreya tərəfsiz bölgəsinə kimi uzanan birləşmə magistralı üzərində yerləşir. O, iki milli libasda olan Koreya qadınını ehtiva edir və şimal və cənubun birlikdə kürədə əks edilmiş birləşmiş Koreyanı yuxarı qaldırmaları təsvir edir. Kürə Üç Nöqtənin emblemidir; Milli yenidən birləşmənin üç prinsipi; Koryo Demokratik Federal Respublikasının qurulması planı və 10 bəndlik proqramdan ibarət bütün xalqın Böyük Birliyinin. Abidənin alt hissəsində yenidən birləşməyə və müxtəlif fərdlərin, təşkilatların, xalqların sülh şəraitində yaşamasına dəstək mesajı verən obrazlar təsvir edilmişdir. Tağ 2002-ci ildə poçt markaların üzərində təsvir edilmişdir. 2024-cü ilin yanvarında Kim Çen İn Cənubi Koreya ilə birləşmədən narazı olduğu üçün abidənin dağıdılmasına çağırış edib. O, Cənubi Koreya ilə birləşmə təklifindən imtina edib və bu siyasətin bitdiyini elan edib. Peyk görüntülərinə görə, tağ 19-23 yanvar 2024-cü il tarixləri arasında sökülüb.
Kimyəvi birləşmə
Kimyəvi birləşmələr və ya Mürəkkəb maddələr — müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə deyilir. Məsələn, su hidrogen və oksigen elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir. Mürəkkəb maddələr üzvi və qeyri-üzvi maddələrə bölünür. Bütün üzvi maddələr mürəkkəb maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər. Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir. Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Xarici birləşmə
xarici birləşdirmə– verilənlər bazalarının idarə olunmasında: relyasiya cəbrinin deyimi. Xarici birləşdirmə genişləndirilmiş birləşmə əməlini yerinə yetirir ki, nəticədə bir cədvəlin ikinci cədvəldə dublikatı olmayan sətirləri sıfır qiymətlərlə birləşmiş yekun cədvələ daxil edilir. Məsələn, SİFARİŞÇİ və MAL cədvəlləri üçün xarici birləşdirmə nəticədə heç bir mal sifariş etməmiş (mal sütunlarının qiyməti sıfır olan) sifarişçinin adı olan sətirlər və heç bir sifarişçi tərəfindən sifariş olunmamış (sifarişçi sütunlarının qiyməti sıfır olan) malların adı olan sətirləri yaradacaq; təbii ki, hansı sifarişçinin hansı malları sifariş etdiyini göstərən sətirlər (daxili birləşdirmə) istisna olunmaqla. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arbitraj-prosessual hüququ
Arbitraj-prosessual hüququ– arbitraj məhkəməsində konkret hüquqi mübahisənin baxılması və həlli ilə bağlı meydana gəlmiş ictimai münasibətlər kompleksini nizamlayan hüquq sahəsi; arbitraj məhkəməsinin, həmçinin iqtisadiyyat sahəsində meydana gəlmiş mübahisələrin baxılması və həlli prosesi iştirakçılarının fəaliyyətini nizamlayan hüquqi normalar məcmusu. Arbitraj prosesində məhkəmə müdafiəsinin predmeti sahibkarlıq, yaxud digər iqtisadi fəaliyyət sahəsindəki müxtəlif hüquqi münasibətlərdən (vətəndaşlıq, maliyyə, vergi, torpaq və s.) irəli gələn qanuni maraqlar və subyektiv hüquqlardır. Hüquqi münasibətlərdə tərəflər kimi iqtisadi bazarın peşəkar iştirakçıları olan hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bu sahədə mövcud münasibətlərin nizamlanma keyfiyyəti meydana çıxan mübahisələrin baxılması və həll olunması qaydasına əhəmiyyətli təsir göstərir.
İdman arbitraj məhkəməsi
İdman Arbitraj Məhkəməsi (ing. Court of Arbitration for Sport, CAS, fr. Tribunal arbitral du sport, TAS) — idman hüququ ilə bağlı mübahisələri həll etmək üçün yaradılan beynəlxalq məhkəmə. 1981-ci ildə o zaman ki, Beynəlxalq Olimpiya Komitəsi rəhbəri olmuş Xuan Antonio Samaranç idmanda yaranan mübahisələri həll edəcək ayrıca bir məhkəmənin yaranması fikri ilə ilk dəfə çıxış etmişdir. İdman Arbitraj Məhkəməsinin Statusu və Nizamnaməsi 30 iyun 1984-cü il tarixində qüvvəyə minmiş və eyni tarixdən də fəaliyyətə başlamışdır. İdman Arbitraj Məhkəməsinin rəhbəri hakim Keba Mbaye və baş katibi Gilbert Schwaar olmuşdur. İdman Arbitraj Məhkəməsinə ilk müraciət 1986-cı ildə olmuşdur və ilk qərar isə 1987-ci ildə qəbul edilmişdir. İdman Arbitraj məhkəməsinin səlahiyyətlərini qəbul edən ilk beynəlxalq idman federasiyası isə Beynəlxalq Atçılıq Federasiyası olmuşdur. 22 iyun 1994-cü il tarixində Beynəlxalq İdman Arbitraj Məhkəməsinin yaradılması haqqında Paris Müqaviləsi imzalanmışdır. Yaradılan bu idarəetmə forması ilə Beynəlxalq Olimpiya Komitəsinin İdman Arbitraj Məhkəməsi üzərindəki nəzarəti aradan qaldırılmışdır.
Birləşmə (film, 2010)
Birləşmə (ing. Splice) Amerika istehsalı olan, elmi fantastika janrında çəkilmiş qorxu filmi. == Məzmun == Klayv və Elsa dünyaca məşhur iki alimdir. Onlar əsasən fərqli canlıların DNT-lərini birləşdirərək hibrid varlıqlar yaratmaqla məşğuldurlar. Bu alimlər artıq daha fərqli bir yenilik etmək istəyirlər — insan DNT-sini kopyalamaq. Lakin bu işə pul qoyanlar insan DNT-sinin qarışdırılmağına qarşı çıxırlar. Buna baxmayaraq, Klayv və Elsa öz layihələrini gizli davam etdirirlər və nəticədə Dren yaranır. Dren normal insanlardan daha tez böyüyür və bir neçə aya yetişgin insan olur. Klayv və Elsa insan və heyvan hibridi olan Dreni ətrafdan gizlətməyə çalışırlar. Vaxt keçdikcə Dren ilə Klayv və Elsa arasında artıq bir bağlılıq yaranır.
Gürzə (hərbi birləşmə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Kobra (hərbi birləşmə)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Pələng (hərbi birləşmə)
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Qartal (hərbi birləşmə)
"Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
Qeyri-üzvi birləşmə
Qeyri-üzvi birləşmə — üzvi olmayan mənasına gəlir. Biologiyada su, mineral, turşu, əsaslar, duzlar kimi orqanizmlərin quruluşunda olan ancaq canlı olmayan və ya bir canlı tərəfindən istehsal edilməmiş kimyəvi birləşmələrdir. Təbiətdən hazır olaraq alınır, qeyri-üzvi birləşmələrin istehsalı mümkündür. Qeyri-üzvi birləşmələr, sıxlıqla karbon daşımayan molekullardır. Bunlara misal kimi, anionlar və kationlar olaraq təsnif edilən müxtəlif ion birləşmələr ilə kovalent birləşmələrin verə bilərik. Fotosintez edə bilən canlılar (dəniz yosunları, bitkilər və sianobakteriya) qeyri-üzvi birləşmələri sintezləşdirərək üzvi maddələr yaradırlar. Qeyri-üzvi birləşmələr canlı quruluşuna qatılır və metabolik reaksiyalarda tənzimləyici vəzifəsi görür.
Vaşaq (hərbi birləşmə)
"Vaşaq" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Vaşaq" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Vaşaq" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
Yarasa (hərbi birləşmə)
"Yarasa" — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlı dəstəsi. Azərbaycan Prezidenti İlham Əliyev 14.12.2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Xarici Kəşfiyyat Xidmətinə tabe olan ən gizli xüsusi bölmə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsidir. "Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır. "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Bölmənin əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olmuşdur. 10.12.2020-ci ildə baş tutan Zəfər Paradı zamanı "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin mövcudluğu barədə birinci dəfə ictimaiyyətə məlumat verilmişdir.
Şahin (hərbi birləşmə)
"Şahin" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsidir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Şahin" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Şahin" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibovdur. "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmışdır.
Əqrəb (hərbi birləşmə)
"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Qarabağ" ordenli mayor Ələsgər Muxtarovdur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Xocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olmuşdur.
Yenidən Birləşmə Günü
Yenidən Birləşmə Günü (vyet. Ngày Thống nhất), həmçinin Qələbə Günü (Ngày Chiến thắng), Qurtuluş Günü (Ngày Giải phóng və ya Ngày Giải phóng miền Nam) və ya rəsmi adı ilə Cənubun Qurtuluşu və Milli Birləşmə Günü (Ngày Giải phóng miền Nam, thống nhất đất nước) — Vyetnamda 30 aprel 1975-ci ildə Şimali Vyetnam və Vyetkonq qüvvələrinin Cənubi Vyetnamın paytaxtı Sayqonu (indiki Hoşimin şəhəri) ələ keçirməsi və bununla da Vyetnam müharibəsinə son qoyması hadisəsini qeyd edən dövlət bayramı. Hadisə milli seçkilərdə baş verən birləşməyə doğru keçid dövrünün başlanğıcı olmuşdur. 2 iyul 1976-cı ildə yenidən birləşmə üçün keçirilən milli seçki nəticəsində Cənubi Vyetnam və Şimali Vyetnam birləşməsindən müasir Vyetnam yaranmışdır. Bəzi xaricdəki Vyetnam icmalarında bu gün Sayqonun süqutu, Qara Aprel (Tháng tư đen), Milli Utanc Günü (Ngày quốc nhục) və ya Milli Nifrət Günü (Ngày quốc hận) kimi qeyd olunur.